YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: Azərbaycanda aqrar sahənin inkişafı üçün əlverişli şərait yaradılıb

Azərbaycanda aqrar sahənin inkişafı üçün əlverişli şərait yaradılıb. Fermerlərə qayğı daim dövlətin diqqət mərkəzindədir.

Bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov dekabrın 21-də Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.

Nazir qeyd edib ki, fermerlərə müxtəlif vergi güzəştləri tətbiq edilir, zəruri texnika və avadanlıqla təmin olunurlar. Bu da aqrar sahənin inkişafına təkan verən mühüm amillərdəndir. İnam Kərimov əlavə edib ki, cari ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı sahəsində məhsul ixracının 3,8 faiz artması bunun bariz göstəricisidir.

Qeyd edək ki, forumda aqrobiznesin inkişafı, kənd təsərrüfatı məhsullarının emalı və ixracı istiqamətində müzakirələr aparılır.