YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Martın 16-da Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə “Üçtərəfli əməkdaşlıq: yeni perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri, birgə həyata keçirilən regional layihələr, sülh və təhlükəsizliyə təhdidlər, yeni çağırışlar müzakirə olunub.
Gürcüstan Beynəlxalq Strateji Araşdırmalar üzrə Fondun prezidenti Aleksandr Rondeli konfransı açaraq bildirib ki, bu gün bütün dünyada, eləcə də Cənubi Qafqazda baş verən proseslər regional əməkdaşlığın daha da gücləndirilməsini zərurətə çevirib. Bugünkü konfransda Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin birgə iştirakı ilə regional sülh məsələləri müzakirə olunacaq, sülhün və əməkdaşlığın inkişafı ilə bağlı yeni çağırışlara dair fikir mübadiləsi aparılacaq. Konfransda, həmçinin təhlükəsizlik və strateji əməkdaşlıqla bağlı yeni layihələr də nəzərdən keçiriləcək.
Sonra Gürcüstan xarici işlər nazirinin müavini Gigi Gigiadze çıxış edərək ölkəsinin üçtərəfli regional əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O deyib ki, bölgədə baş verən bəzi proseslər, o cümlədən regional münaqişələr inkişafımıza ciddi maneələr törədir. Bu münaqişələr eyni zamanda Avropanın və hətta dünyanın təhlükəsizliyinə təhdiddir. Nazir müavini 2015-ci ildə Gürcüstanın ev sahibliyi ilə üçtərəfli əməkdaşlığa dair daha yüksək formatda görüşün keçiriləcəyini bildirib.
Konfransda digər çıxış edənlər bildiriblər ki, bu gün regionda həyata keçirilən layihələr təkcə bizim ölkələrimizin deyil, Avropa və Asiya ölkələrinin də inkişafını təmin edəcək. Regionda baş verən münaqişələr isə inkişafımıza mane olmaqla yanaşı, Avropa ölkələrinin də enerji təhlükəsizliyini təhlükə altında qoyur. Ermənistan işğalçılıq siyasətinə son qoymayınca bu layihələrdən kənarda qalacaq. Təəssüf ki, biz münaqişələrin həllinə çalışdığımız bir vaxtda ikili standartlarla üzləşirik. Bu da həm sülhə, həm təhlükəsizliyə, həm də nəzərdə tutduğumuz layihələrin vaxtında həyata keçirilməsinə maneələr yaradır.
Çıxışlarda üçtərəfli regional əməkdaşlığın Azərbaycan, Gürcüstan və Türkiyə dostluğunu daha da möhkəmləndirəcəyi qeyd edilib. Bildirilib ki, bu cür tədbirlər yeni layihələrin həyata keçirilməsinə imkan yaradacaq. Hər üç ölkənin rəhbərləri, parlamentləri və hökumət üzvləri arasında keçirilən görüşlərin əhəmiyyəti xüsusi qeyd edilib, regional əməkdaşlığın xalqlarımız və ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

 

DİGƏR Xəbərlər Arxiv