YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Zəngəzur dəhlizinin reallaşması İƏT-ə üzv ölkələr üçün də bir sıra yeni imkanlar yaradacaq

“Azərbaycan regionun ən önəmli təşkilatlardan biri olan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal, etibarlı üzvü olmaqla yanaşı, təşkilatın inkşafında xüsusi rola malikdir. Əlbəttə bütün bu amillər ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsidir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev bir sıra vacib məsəslələrə toxundu: “Çıxışı zamanı cənab Prezident İlham Əliyev Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin reallaşması İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün də bir sıra yeni imkanlar yaradacaq və fayda gətirəcək. Ölkə başçısı eyni zamanda, Ermənistan tərəfindən 30 illik işğal müddətində Azərbaycan torpaqları ilə yanaşı mədəni, dini, tarixi abidələrin yerlə-yeksan edilməsini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bununla yanaşı Azərbaycanın işğala məruz qalmasına baxmayaraq, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması şəraitində Azərbaycan Ermənistanı sülh sazişi bağlamağa dəvət edib. Əlbəttə, bu amil dövlətimizin və Prezident İlham Əliyevin humanistliyinin, sülhsevərliyinin göstəricisidir”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında qəbul edilmiş Aşqabad Bəyannaməsində Azərbaycanın maraqlarını ifadə edən bir sıra müddəalar əks olunub. Aşqabad Bəyannaməsində Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə təbrik edilir. Eyni zamanda, təşkilata üzv ölkələr işğaldan azad edilmiş Azərbaycan ərazilərinin qurulmasına və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır.

Sədaqət Vəliyeva əlavə edib ki, İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlaması da xüsusi önəm daşıyan mütərəqqi hadisədir: “Hələ 2002-ci ildə ulu Öndər Heydər Əliyev tərəfindən İstanbulda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə təşkilatın Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi irəli sürülmüşdü. Bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasət nəticəsində İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlaması reallığa çevrilib. Əlbəttə ki, bu amil Ulu Öndər Heydər Əliyev dühasının uzaqgörənliyinin və cənab Prezident İlham Əliyevin Ulu Öndər ideyalarının layiqli davamçısı olmasının göstəricisidir”.

DİGƏR Xəbərlər Arxiv