YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib

Göygöldə Vətən müharibəsi şəhidi Həsən Bəhrəm oğlu Bayramovun anım tədbiri keçirilib.

 Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.  

Qeyd edək ki, Həsən Bəhrəm oğlu Bayramov 17 avqust 1992-ci ildə Göygöl rayonunda anadan olub. 2011-ci ilin iyul ayından  2013-cü ilin yanvar ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2020-ci il iyul ayından “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb.  

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan gündən hərbi əməliyyatlarda iştirak edən Həsən Bayramov 5 noyabr 2020-ci il tarixdə Laçın rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə Həsən Bəhrəm oğlu Bayramov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın  azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad  olunmasına görə” medalı ilə təltif edilib.