YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ölkələrimiz arasında münasibətlərin zəngin tarixi var

«Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin ölkəmizə səfəri Azərbaycan - Pakistan münasibətlərində mühüm hadisə olmaqla, yeni bir keyfiyyət mərhələsi açır». Bu fikri AMEA-nın  Dünya Siyasəti İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi var. Onun sözlərinə görə, dövlət müstəqilliyimizi tanıyan üçüncü ölkə olaraq Pakistanın Azərbaycan Respublikasına, Azərbaycanın da Pakistana münasibətdə yürütdüyü siyasət tam aydın və birmənalı olub.

«Pakistan Ermənistanın ölkəmizə qarşı təcavüzü və ərazilərimizin bir hissəsinin işğalı məsələsində ədalətli,  qəti mövqe tutur. Ötən illər ərzində iki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazası formalaşdırılıb. Ölkələrimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli əməkdaşlığı həyata keçiriblər. Diplomatik-siyasi, müdafiə, təhlükəsizlik, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar  sahələrdə böyük işlər reallaşdırılıb. Heydər Əliyev Fondu Pakistanda zəlzələdən zərər çəkənlər üçün müasir məktəb binası inşa edib, həmçinin sel daşqınlarından zərər çəkənlərə maddi yardımlar edib. Hesab edirəm ki, bu səfər zamanı imzalanan sənədlər münasibətlərin daha da dərinləşdirilməsi üçün əlavə imkanlar açacaq»- deyə, M.Qasımlı qeyd edib.