YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə YAP Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər keçirilir

Sergey Murtuzəliyev küçəsi 5, Süleyman Bağırov küçəsi 3 və İlqar Məcidov ərazi partiya təşkilatlarında tədbir keçirilib.

Tədbirdə öncə Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları İlqam Əskərov və Məmləkət Qaraçobanova Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qətiyyəti və iradəsi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının artıq bu gün həm ölkə daxilində, həm də regionda lider partiyaya çevrildiyini bildiriblər. Çıxışlarda Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyi qeyd olunub. Vurğulanıb ki, bu gün YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvəyə çevrilib. Azərbaycan bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək tarixi nailiyyətlərə imza atmaqdadır.