YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı “Zəfər günü” münasibətilə tədbir keçirib

Odlar Yurdu Universitetində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının 8 Noyabr “Zəfər günü”-nə həsr olunmuş tədbiri keçirilmişdir.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Universitetin rəhbər heyəti, YAP Nərimanov rayon təşkilatının əməkdaşları, tələbələr və fəal gənclər iştirak etmişlər.

Tədbirdə ilk öncə “Zəfər günü”-nə həsr olunmuş tələbələrin əl işlərindən ibarət rəsm sərgisi tədbir iştirakçılarına təqdim olunmuşdur.

Daha sonra rəsmi hissənin açılışı olmuş, Dövlət Himni səslənmiş və 44 günlük Vətən müharibəsində canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tədbir iştirakçılarını salamladı və bildirdi ki, ötən il Azərbaycan dövləti, xalqı 44 gün ərzində tarixi bir qələbəyə imza atdı. S. Vəliyev qeyd etdi ki, dünyada bu qədər qısa zaman kəsiyində belə möhtəşəm və haqlı Qələbə qazanılan müharibə böyük tarixi hadisə sayılır. Belə bir tarixi Zəfərə məhz Azərbaycan xalqının əvəzsiz lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və onun rəhbərlik etdiyi qorxmaz, rəşadətli Azərbaycan ordusunun qüdrəti sayəsində nail olduq dryə bildirən təşkilat sədri, Vətənimizin bütövlüyü uğrunda düşünmədən canından keçən hər bir şəhidin, qazinin, əsgərin xatirəsi, qəhrəmanlığı bizlər üçün qürurverici, gələcək nəsillər üçün nümunə olduğunu vurğuladı.

Sonra YAP Nərimanov rayon təşkilatı tərəfindən 8 Noyabr “Zəfər günü”-nə həsr olunan 1800 gəncin iştirakı ilə hazırlanmış fləşmobun təqdimatı keçirilmişdir.

Tədbirdə, həmçinin, tələbələrin ifasında 8 Noyabr “Zəfər günü”-nə özəl hazırlanmış ədəbi-bədii səhnə qonaqlara təqdim olunmuşdur.

Tədbirin sonunda YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tərəfindən rəsm və inşa yazı müsabiqəsinin qaliblərinə təltif və mükafatlar təqdim olunmuşdur.