YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Prezidenti: Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında xüsusi sessiyanın keçirilməsi pandemiyaya qarşı səylərin səfərbər edilməsində çox gözəl nümunə oldu

COVID-19-dan sonrakı dünyanı səmimiyyətlə arzulayırıq. Çünki yenidən sərbəst səfərlər edə bilərik və məsafə saxlamağa ehtiyac qalmazdı. Hazırkı vəziyyət dəqiq nizam-intizamı, qlobal həmrəyliyi, elmi düşüncələrdə kəşfləri, etibarlı, yoxlanılmış informasiya mənbəyi kimi peşəkar tibbi əməkdaşların olmasını tələb edir.

Bu fikirləri Latviyanın Prezidenti Egils Levits VIII Qlobal Bakı Forumundakı çıxışında söyləyib.

E.Levits qeyd edib ki, pandemiya dünyada görünən dəyişikliklərə səbəb olub. Qloballaşmanın miqyası, nəsillər arasındakı fərqlər, rəqəmsallaşmanın vədləri və hüdudları, hökumətə və elmə ümidsizlik bu günün nisbi görüntüləridir. Pandemiya, həmçinin dünya dövlətlərinin müqavimət gücünü sınağa çəkdi.

Koronavirusla mübarizədə səylərin birləşdirilməsi məqsədilə 2020-ci ilin dekabrında Azərbaycanın BMT Baş Assambleyasında xüsusi sessiya keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsü alqışlayan Prezident deyib ki, bu tədbir pandemiyaya qarşı qlobal səylərin səfərbər olunması məqsədilə BMT platformasının idarə edilməsində çox gözəl nümunə oldu.

Latviya Prezidenti, həmçinin ötən il ölkəsinin COVID-19 şəraitində yalan məlumata qarşı mübarizə ilə bağlı BMT daxilində irəli sürdüyü regionlararası bəyanata verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.