YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusar rayonunda "Zəfər tariximizi yazan qəhrəmanlar" mövzusunda tədbir keçirilib

Qusar rayon Heydər Əliyev mərkəzində "Zəfər tariximizi yazan qəhrəmanlar" mövzusunda tədbir keçirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası naminə qəhrəmanlıq göstərən qazilər gənclərlə görüşüb.
Çıxış edənlər qeyd ediblər ki,  Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgər və zabitlərinin 44 günlük İkinci Qarabağ müharibəsindəki cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Zəfər bəxş etdi. Qazilər döyüş meydanında göstərdikləri böyük şücayət və cəsarət nümunələrini gənclərlə bölüşüblər.  

Tədbir gənc ifaçıların vətənpərvərlik mahnıları ilə başa catıb.