Xəbərlər
Şəhid Yusif Budaqovun ildönümü mərasimi keçirilib
YAP Səbail rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidi Budaqov Yusif Ramiq oğlunun ildönümü mərasimində iştirak ediblər.
Anım tədbirində şəhidin vətənpərvərliyindən, şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıq nümunələrindən danışılıb. Təşkilat üzvləri şəhidin ailəsi ilə görüşdə onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Yusif Budaqov oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.