YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında və onun ərazisində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə salınmış bağda müxtəlif növ ağac və gül kolları əkilib.

Aksiyada YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,  ŞİH Aparatının və şəhər təşkilatının əməkdaşları, YAP ərazi partiya təşkilatlarının sədrləri və fəalları iştirak ediblər.