YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə şəhidin ildönümü qeyd olunub

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.

 Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev, qazilər, şəhidin doğmaları və ictimaiyyət  nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 2-ci  Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Şəmkir şəhərindən olan Etibar Cəfərovun məzarını şəhidimizin ildönümündə ziyarət ediblər.

Mərasimdə YAP Şəmkir rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəxrəddin Vəliyev çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədə Etibar Cəfərovun timsalında bütün Şəmkir şəhidlərinin şücaətindən danışıb.

  Daha sonra tədbir iştirakçıları igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.