YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Azərbaycan dünyanın ən tolerant dövlətlərindən biridir

«Azərbaycan dünyanın ən tolerant dövlətlərindən biridir. Ölkəmizdə dini tolerantlıq sahəsində xeyli işlər görülüb ki, bu da dini durumun sabitliyini qoruyub saxlamağa əsas zəmin yaradır».  Bu fikirləri  Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, əhalisinin əksəriyyətinin İslam dininə etiqad edildiyi Azərbaycanda bir sıra dini və etnik qruplar, o cümlədən xristianlar, yəhudilər və digərləri yaşayır. Onun sözlərinə görə, milli azlıqlara münasibətdə də hörmət, dözümlülük müasir dövrədək ölkənin inkişafında mühüm rol oynayır.

«Dövlətimiz ölkədə multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri şəraitin yaradılmasıvə bu şəraitin genişləndirilməsi üçün böyük səylər göstərir. Son illər bu istiqamətdə atılan addımlar bütövlükdə dünya üçün bir töhfədir»- deyə, komitə sədrinin müavini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv