YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabirabad rayon təşkilatının rəhbərliyi şəhid ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi və fəalları İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Sabirabad rayon sakini Ağayev Ramil Ağarəhim oğlunun şəhadətinin ildönümünə həsr olunmuş mərasimdə iştirak edərək onun valideynlərinə dərin hüznlə başsağlığı veriblər.

Daha sonra şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət etsin!