YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib

"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizin hər yerində olduğu kimi, Xocavənd rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində də ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, idarə, müəssisə, təşkilat, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya zamanı 146 ailəlik qəsəbəyə gedən yolun kənarında təmizlik işləri aparılıb, müxtəlif növ ağac əkilib. Yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı tədbirlər görülüb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xocavənd rayonu üzrə 800 ağacın əkilməsi nəzərdə tutulur.