YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yaşıl enerji dünyasına keçid”

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə “Yaşıl enerji dünyasına keçid” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Nazim Hüseynov iqlim dəyişikliyinin fəsadlarının qarşısının alınması, aradan qaldırılması,  COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti haqqında danışıblar.

ADPU Şamaxı filialının müəllimi Şassəddin Mikayılov və tələbələr Aysel Musayeva, Elmir Kərimov, Fidan Qafarova, Nuranə Mirzəyeva çıxış edərək COP-un iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biri olduğunu deyiblər.

Qeyd olunub ki, ölkəmizin bu mötəbər tədbirə yekdil qərarla ev sahibi seçilməsi Azərbaycana yüksək etimadın göstəricisidir.