YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvan şəhərində ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şirvan şəhərində ağacəkmə aksiyaları davam etdirilir.

Növbəti aksiya Şirvan-Hacıqabul avtomobil yolunun Heydər Əliyev prospektindən keçən hissəsində keçirilib.

Aksiyada YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Milli Məclisin deputatı Heydər Əsədov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya zamanı yerli iqlim şəraitinə uyğun müxtəlif növ ağac əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı tədbirlər görülüb.