YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Girovlarımıza qarşı qurulan qondarma məhkəmə hüquqa tamamilə ziddir

«Kəlbəcərə öz doğma yurduna gedən azərbaycanlıların ermənilər tərəfindən girov götürülməsi və onlara qondarma məhkəmənin qurulması hüquqdan, ədalətdən insanlıqdan tamamilə kənardır». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, ermənilər azərbaycanlı girovları işgəncələrə məruz qoyurlar. Onun sözlərinə görə, onlar heç bir cinayətə yol verməyiblər, doğma  torpaqlarına gediblər, orada öz yaxınlarının məzarlarını ziyarət ediblər,

«Buna görə də, insana qarşı belə işgəncə vermək düzgün deyil. Bu hüquqdan, ədalətdən, insanlıqdan kənar məsələdir. İnanıram ki, yaxın zamanlarda Azərbaycan dövlətinin səyləri nəticəsində bizim həmvətənlərimiz girovluqdan azad ediləcəklər. Artıq bu yöndə beynəlxalq reaksiyalar var. Bu, müsbət haldır»- deyə, R.Rzayev vurğulayıb.