YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin sədri gənclərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov paytaxtın Yasamal, Binəqədi, Nərimanov, Xəzər, Qaradağ, Xətai, Sabunçu, Nizami, Səbail, Suraxanı, Nəsimi, Pirallahı rayon təşkilatlarının, o cümlədən Şuşa, Zəngilan və Qubadlı rayon təşkilatlarının fəal gəncləri ilə görüşüb.

Görüşdə Bəxtiyar İslamov YAP Gənclər Birliyinin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirdiyi işlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan gənclərinin qarşısına qoyulmuş tapşırıq və hədəflərdən danışan Bəxtiyar İslamov bildirib ki, YAP Gənclər Birliyi yalnız partiyamızın sıralarında təmsil olunan gənclərin deyil, bütün Azərbaycan gənclərinin birliyi olmaq istiqamətində fəaliyyət göstərməyi başlıca məqsəd seçib. Bu istiqamətdə cəmiyyətdə fərqli baxışları olan gəncləri əhatə etməklə onlar arasında kommunikasiya qurmaq üçün ardıcıl tədbirlər keçirilir, bitərəf gənclər layihələrə aktiv şəkildə cəlb olunur. 

B.İslamov Azərbaycan gənclərinin bilikli, dünyagörüşlü, müasir yeniliklərə bələd, o cümlədən öz milli-mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişməsinin YAP Gənclər Birliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

Görüşdə qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələr müzakirə edilib.

Görüş tədbir iştirakçılarını maraqlandıran sualların cavablandırılması ilə davam edib.