YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyalı senator: Azərbaycanın Kabil aeroportunda təhlükəsizliyə töhfə verdiyi bir vaxtda Ermənistan parlamentində davanın şahidi olduq

İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü Urania Papatheu yerli mətbuata açıqlamasında Azərbaycanın sülhməramlı qüvvələrinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin olunmasında göstərdiyi fəaliyyəti təqdir edib.

İtaliyalı senator bu məsələdə böyük təcrübə nümayiş etdirən Azərbaycanın İtaliya və Avropa İttifaqı ilə birgə fəaliyyətə hazır olduğunu göstərdiyini bildirib.

U.Papatheu, həmçinin Azərbaycan hərbçilərinin Kabil beynəlxalq hava limanının təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verdiyini, eləcə də Əfqanıstanda vəziyyətin kritik olduğu bir vaxtda Ermənistan parlamentində əlbəyaxa davanın getdiyini də deyib.