YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyevanın fəaliyyəti parlaq nümunə kimi həm ölkəmizdə, həm də dünya miqyasında olduqca yüksək dəyərləndirilir

Azərbaycanın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fəaliyyəti parlaq nümunə kimi həm ölkəmizdə, həm də dünya miqyasında olduqca yüksək dəyərləndirilir. Çünki onun rəhbərliyi ilə görülən işlər çoxşaxəlidir, xalqa və dövlətə xidmət nümunəsidir. Eyni zamanda, bu fəaliyyət təkcə milli maraqlara deyil, həm də ümumbəşəri dəyərlərə əsaslanır, qlobal məzmun daşıyır.

Mehriban xanım Əliyeva Azərbaycanın inkişafı naminə Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi ölkəmizin tərəqqisində vacib rol oynayır. O, respublikamızın inkişafının sürətləndirilməsi və davamlı xarakter alması, ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına mühüm töhfələr verir.

Bununla yanaşı, Mehriban xanım Əliyevanın genişmiqyaslı və səmərəli fəaliyyəti qadınlar üçün də parlaq nümunədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Mehriban xanımın fəaliyyət sferası, əldə etdiyi nailiyyətlər o qədər genişdir ki, bunu bir məqalədə ifadə etmək çox çətindir. 

Xüsusi vurğulamaq gərəkdir ki, xalqımızın tarixi nailiyyətlər əldə etməsində yaxından iştirak edən Azərbaycan qadınları həm keçmişdə, həm də müasir həyatımızda əsl fədakarlıq nümunələri göstərmiş, tarixin səhifələrinə öz adlarını qızıl hərflərlə yazmışlar. Müasir dönəmdə bu missiyanı Mehriban xanım Əliyeva uğurla həyata keçirir. O artıq üç onilliyə yaxın bir müddət ərzində Azərbaycan mədəniyyəti, incəsənəti, xalq musiqisi, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və təbliği istiqamətində yorulmadan çalışır. Multikulturalizmin və tolerantlığın Azərbaycan modelinin, müxtəlif etnik, dini konfessiyaların ahəngdar harmoniyasına əsaslanan yaşam və təfəkkür tərzinin beynəlxalq miqyasda tanıdılmasının hamisi kimi çıxış edir.

Bunlarla yanaşı, Mehriban xanım Əliyeva yetişməkdə olan nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır. Biz gənc nəslin nümayəndələri olaraq daim Mehriban xanımın diqqəti və qayğısını öz üzərimizdə hiss etmişik. Mehriban xanım Əliyeva həm özünün ictimai-siyasi fəaliyyətində, həm də rəhbərlik etdiyi qurumların həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan nəslin sağlamlığını, intellektual və fiziki inkişafını daim diqqət mərkəzində saxlayır. “Gənc nəslə qayğı göstərmək, onların problemlərini həll etmək, istedad və qabiliyyətlərini üzə çıxararaq inkişaf etdirmək tək dövlətin və ya hansısa qurumun vəzifəsi deyildir. Bu, bizim hər birimizi hər gün narahat etməli olan məsələyə, gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilməlidir”, - deyən Mehriban xanım Əliyeva bəhs olunan istiqamətdə həyata keçirdiyi tədbirlərlə mütərəqqi nümunə ortaya qoyur.

Beləliklə, Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin, xalqımızın inam və etimadını ən yüksək səviyyədə doğruldub. O, eyni zamanda, öz nümunəvi fəaliyyəti ilə Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi kimi ortaya qoyub.

Nərgiz Babayeva,

YAP Gənclər Birliyinin üzvü, Bakı Gənclər Mərkəzinin direktoru