YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyalı jurnalist: Gəncəyə hücum təkcə Azərbaycana deyil, bütün insanlığa qarşı cinayətdir

Gəncədə dəhşətli dağıntıların şahidi oldum. Şəhər İkinci Qarabağ müharibəsi zamanı dağıntılara məruz qalıb və bu, məyusedicidir.

Bu fikirləri italiyalı jurnalist Emmanuel Pietrobon İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncədə mülki insanlara qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanışlıq zamanı deyib.

İtaliyalı jurnalist bildirib ki, Gəncə Azərbaycanın böyük şəhərlərindən biridir və müharibə bölgəsindən uzaq məsafədə yerləşir. Bu hadisə müharibə cinayətidir. Fikrimcə, onlar Azərbaycanı qıcıqlandırmaq üçün bu addımı atıblar. Gəncəyə hücum təkcə Azərbaycana yox, bütün insanlığa qarşı cinayətdir.