YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Əfəndiyev: Ələt Azad İqtisadi Zonasının yaradılması xarici investorları ölkəyə cəlb etmək üçün böyük imkan yaradır

“Ələt Azad İqtisadi Zonasının yaradılması xarici investorları ölkəyə cəlb etmək üçün böyük imkan yaradır”.
Bu fikirləri “Yeni TV”nin canlı yayımında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib. 
O bildirib ki, Ələt Azad İqtisadi Zonası üçün əlverişli məkanın seçilməsi bu ərazidə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsini asanlaşdıracaq: “Ələt Azad İqtisadi Zonası üçün seçilən ərazi Beynəlxalq Dəniz Limanının yaxınlığında yerləşir. Həmçinin Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur. Bu isə infrastruktur layihələrinə qoyulan xərcləri nisbətən azaldır. Eyni zamanda bu ərazi logistika, nəqliyyat baxımından çox əlverişlidir. Yəni Ələt Azad İqtisadi Zonası tranzit-logistik imkanlar da təqdim edəcək”.
M.Əfəndiyev qeyd edib ki, bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividentlər qazandırmaqla yanaşı, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasını, yeni investisiyaların cəlbini sürətləndirəcək və ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək.