YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə YAP Laçın rayon təşkilatında tədbir keçirilib

       26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə onlayn formatda tədbir keçirilib.

Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi yad edildi. Bundan sonra tədbirdə çıxış edən Laçın rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Laçın rayon təşkilatının sədri ilqar İlyasov Silahlı Qüvvələrinin yaranmasından, 44 günlük Vətən müharibəsindən və qazanılan zəfərdən söz açıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusu modernləşdirilib və bölgənin ən güclü ordusuna çevrilib. Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi və öz gücünü göstərdi.  Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.

        Tədbirə çıxış edən rayon ziyalıları, Vətən Müharbəsi iştirakçıları, Qazilər,  partiya fəalları qeyd etdilər ki, 1993-cü illdən sonra Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ulu öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrildi.

         Azərbaycan ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş 76 mindən çox hərbi qulluqçunun ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə müxtəlif orden və medallarla təltif edilməsi yerlərdə yüksək razılıqla qarşılanır.

           Tədbir iştirakçıları bu təltiflərə görə ölkə Prezidentinə dərin minnətarlıqlarını bildiriblər.