YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.   

M.İbrahimqızı bu tədbirin 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin sevinc və qüruru fonunda keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu xatırladaraq, Azərbaycan xalqının rifahı, parlaq gələcəyi naminə, eləcə də, dövlətimizin ildən-ilə qüdrətlənməsində Heydər Əliyev siyasətinin və bu gün bu siyasəti yüksək səviyyədə davam etdirən möhtərəm Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin alternativi olmadığını qeyd edib.  

Tədbirin əsas məruzəçisi, o dövrün canlı şahidi, Ulu Öndərimiz Heydər Əliyevin yaxın silahdaşlarından olan  YAP Veteranlar Şurasının üzvü, Respublika Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili Eldar İbrahimov Azərbaycan dövlət müstəqilliyinin təməlinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri haqqında gənclərə öz xatirələrini danışıb. O, bugünkü gəncliyin Azərbaycan tarixini, xüsusilə çağdaş müstəqillik tariximizi dərindən öyrənməsinin zəruri əhəmiyyətini vurğulayıb.

Tədbirin sonunda gənclərin ünvanladığı  müxtəlif suallar cavablandırılıb.