YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdab rayonunda şəhidin məzarı və ailəsi ziyarət olunub

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ağayev İlkin Tehran oğlunun doğum günü şəhidin Zərdab rayonunun Körpükənd kəndindəki evində və məzarı üstündə anılıb. Şəhidin doğum günü münasibətilə Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov və icra hakimiyyəti aparatının məsul işçiləri, Milli Məclisin deputatı Jalə Əliyeva, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının fəal üzvləri, rayon gənclər və idman idarəsinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Zərdab rayon bölməsinin rəisi şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül-çiçək dəstələri qoyublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Zərdabda da hər zaman örnək götürülür.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov həmin qələbədə payı olan İlkin kimi qəhrəman  oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib.

Milli Məclisin deputatı Jalə Əliyeva şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib.

Şəhidimizin doğum günündə məzarı ziyarət edilərək tər qərənfillər düzüblüb, igid Vətən oğlunun əziz xatirəsi dərin ehtiramla anılıb.

Sonda Şəhid atası Tehran Ağayev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə,Birinci vitse-prezident Mehriban Əliyevaya,millət vəkili və rayon rəhbərliyinə minnətdarlığını bildirib. “Oğlum İlkin hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir”, - deyən şəhid atası oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.

Qeyd edək ki, şəhid Ağayev İlkin Tehran oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.