YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Avropa Şurası Venesiya Komissiyasının konfransı keçiriləcək

Azərbaycanın Konstitusiya Məhkəməsi və Avropa Şurasının Venesiya Komissiyası (AŞ VK) əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə edəcəklər. Bu barədə Trend Venesiya Komissiyasının saytında yerləşdirilmiş məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu il sentyabrın 25-də Avropa Şurası Venesiya Komissiyası və Azərbaycanın Konstitusiya Məhkəməsi Bakıda “Konstitusiya hüquqlarının müdafiəsi və fərdi şikayətlər əsasında azadlıq” mövzusunda birgə konfrans təşkil edəcək.

Konfrans Azərbaycanın Konstitusiya Məhkəməsinin 20 illiyinə həsr olunacaq.

Venesiya Komissiyası 1990-cı ildə Avropa Şurası yanında yaradılmış Konstitusiya hüquqları üzrə məsləhət orqanıdır. 2002-ci ildən AŞ-yə daxil olmayan ölkələr də komissiyanın işində iştirak edə bilərlər.