YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncədə növbəti dəfə seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncədə növbəti dəfə seçiciləri ilə görüşüb.

Karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, problemləri ilə  maraqlanıb.

Vətəndaşların məşğulluq, sosial məsələlərlə bağlı müraciətlərini dinləyən millət vəkili Pərvin Kərimzadə məsələnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımların atılacağını bildirib.

Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

 

DİGƏR Xəbərlər Arxiv