YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cahit Bağçı: Türkiyə Qarabağın qısa zamanda bərpası üçün əlindən gələni əsirgəməyəcək

Azərbaycan və Türkiyə xalqları 30 il idi ki, Qarabağ acısını qəlblərində daşıyırdılar. Qarabağın erməni işğalından azad edilməsində Türkiyə Azərbaycana qardaşlıq borcunu yerinə yetirdi.

Bu sözləri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

Səfir bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı yanında Türkiyə kimi qardaşı olduğunu bir daha gördü. Türkiyə bundan sonra da qardaş Azərbaycana dəstəyini davam etdirəcək. Türkiyə Qarabağın qısa zamanda bərpa olunması üçün əlindən gələni əsirgəməyəcək.