YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: İran-Azərbaycan əməkdaşlığı Qarabağ munaqişəsinin ədalətli həllinə önəmli təsir göstərəcək

İran və Azərbaycanın əməkdaşlığı Qarabağ munaqişəsinin ədalətli həlli yolunda önəmli təsiri olacaq. Bunu Trend-ə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin deyib.

O əlavə edib ki, İranla Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsi regional munaqişələrin həlli üçün zəmin yaradacaq.

Səfir, həmçinin İranın Qarabağ munaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində prinsipial siyasətini vurğulayıb və deyib ki, iki qardaş ölkə arasındakı əlaqələrin güclənməsi regionda sülhün, ədalətin, sabitliyin və inkişafin yaranmasına səbəb olacaq.

M.Pakayin Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun 22-24 fevral tarixlərində Tərəfsiz Dövlətlər Hərəkatı iclasında iştirak etmək üçün Tehrana səfər edəcəyini və bu səfərdə İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyini də qeyd edib.

Diplomat bu səfərin iki ölkə arasında munasibətlərin daha da güclənməsinə yol açacağına ümidini ifadə edib.