YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maroş Şefçoviç: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır

Fevralın 12-də Avropa Komissiyasının Enerji İttifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Avropa İttifaqının Bakıdakı Nümayəndəliyindən bildirilib ki, iclasda Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan enerji nazirləri, eləcə də TAP və TANAP boru kəməri operatorlarının təmsilçiləri iştirak edəcəklər.
Vitse-prezident Maroş Şefçoviç ölkəmizə səfəri ərəfəsində Azərbaycanın Avropa İttifaqı üçün çox mühüm tərəfdaş olduğunu vurğulayıb. “Strateji enerji tərəfdaşlığımızın mərkəzində Cənub Qaz Dəhlizi durur. Bu, daha böyük iqtisadi əməkdaşlıq təşviq edə biləcək, enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu bütün ölkələrdə 30 mindən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir. Məqsədimiz 2019-2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir”.
Bu səfər vitse-prezident Maroş Şefçoviçin bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycana edəcəyi ikinci səfəri olacaq. O Cənub Qaz Dəhlizi layihəsini müzakirə etmək üçün ilk dəfə 2014-cü ilin noyabr ayında ölkəmizə səfər edib.