YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var

«Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük potensial var». Bu fikri YAP-ın İqtisadi məsələlər komissiyasının sədri, partiyanın İdarə Heyətinin üzvü Eldar İbrahimov komissiyanın bu gün keçirilən iclasında deyib.

E.İbrahimov bildirib ki, hazırda ölkəmizdə kənd təsərüfatı üçün yararlı olan 4 milyon hektar torpaqdan cəmi  1,7 hektar ərazi istifadə olunur. Onun sözlərinə görə, gələcəkdə bu potensialdan tam istifadə etmək üçün tədbirlər görülür.

«Bu da o deməkdir ki, kənd təsərrüfatının inkişafı üçün böyük potensial mövcuddur. Artıq ölkədə iri fermer təsərrüfatlarının yaradılmasına başlanıb. Bu təsərrüfatlardan əldə edilən məhsuldarlıq digərləri ilə müqayisədə xeyli çoxdur. Ona görə də, iri təsərrüfatların yaradılması işi davam etməlidir. Bu baxımdan, kooperasiyaların yaradılması zəruridir. Artıq bu istiqamətdə qanun layihəsi yeni variantda hazırlanır»- deyə, E.İbrahimov vurğulayıb.