YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Bayramov: Azərbaycan regionda yeni əməkdaşlıq imkanları yaradıb

“Prezident İlham Əliyevin “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq “ adlı beynəlxalq konfransda çıxışı beynəlxalq hüquqa, sülhə , təhlükəsizliyə və Cənubi Qafqazda regional sabitliyə münasibətdə Azərbaycan rəhbərinin baxışının və ədalətli, dəyişməz siyasətinin növbəti nümayişi oldu. Ölkə başçısı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbəni regionda sabitliyin və rifahın təmin olunması kimi nəcib məqsədlərə yönəltmək istəyini ortaya qoyub. Ali Baş Komandan çıxışında Ermənistanın müharibəyə qədər, müharibə zamanı və müharibədən sonra atdığı addımları, hazırda sülhün güclənməsinə mane olan məqamları və region qarşısında dayanan çağırışları beynəlxalq ekspertlərin diqqətinə çatdırdı”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib.

M.Bayramov bildirib ki, indi regionun inkişafı strateji prioritetdir.Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, loqistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Prezident İlham Əliyev Azərbaycanın sülhə hazır olduğunu, gələcəyə baxmağın zəruriliyini, lakin Ermənistan rəhbərliyinin sülh razılaşmasının mümkünlüyü barədə hələ də bəyanat vermədiyini qeyd edib. Ermənistanın öz hərbçilərini Azərbaycan ərazisinə gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist açıqlamaları və digər məsələlər də bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən addımlardır.

Təşkilat sədrinin sözlərinə görə, Ermənistan hələ də Cənubi Qafqazda maraqları olan xarici qüvvələrin regionda Azərbaycana ədaləti bərpa etməyə imkan verməyəcəkləri xülyasından ayılmayıb: “Onlar Ermənistanın işğalının nəticələrini əbədiləşdirməkdən ibarət olan köhnə geosiyasi xəttin Azərbaycan siyasi rəhbərliyinin qətiyyəti, iradəsi və çox uğurlu dövlət quruculuğu siyasətini davamlı olaraq həyata keçirməsi nəticəsində məhv edildiyini tam anlaya bilməyiblər. Həqiqətən, Azərbaycan faktiki olaraq geosiyasi aspektdə konfrontasiya xəttini sındıraraq, regionda yeni əməkdaşlıq imkanları yaradıb. Yeni geosiyasi reallığın əsasını əməkdaşlıq və təhlükəsizlik təşkil edir. Bu iki faktoru birləşdirən mexanizm isə dialoqdur. Dialoq Prezident İlham Əliyevin mövqeyinə görə yeni regional əməkdaşlıq formatını reallaşdırmağa imkan yaradacaq. Azərbaycan Prezidenti həmin formulu artıq təklif edib və  bu,  "3+3" formuludur”.