YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Məhkum olunmiş şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq bir ənənə halını alıb

“Azərbaycanda məhkum olunmiş şəxslərin  Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq bir ənənə halını alb. 2003-cü ildən bu günə qədər Prezident tərəfindən 36  əfv Sərəncamı imzalanıb ki, bu da hər ildə ən azı iki əfv sərəncamının imzalanması deməkdir”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, bu humanist akt sayəsində indiyədək ümumilikdə minlərlə məhkum edilmiş vətəndaşımız bu və ya digər səviyyədə əfv aktının əhatə dairəsinə düşüb və azadlığına qovuşub. 18 mart 2021-ci il tarixində imzalanan Sərəncam isə 625  məhkuma şamil edilib ki, bu da yalnız  2018-ci ildə əfv edilənlərlə müqayisədə bir qədər azdır. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan əfv Sərəncamı 634 məhkuma şamil edilmişdi. Yəni indiki əfv qərarı məhkumları əhatə etmə miqyasına görə ikinci ən böyük humanist aktdır. Nəzərə almaq lazımdır ki, əvf edilənlərin böyük əksəriyyətinin,  yəni 475 məhkumun cəzasının çəkilməmiş hissəsinə xitam verilib və onlar birbaşa azadlığa çıxıblar. İkinci ən mühüm məsələ ondan ibarətdir ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş   3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib. Bu özlüyündə ayrıca bir humanist aktdır.

“Digər məsələlərə gəldikdə isə əfv olunan məhkumların sırasında  2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər şəxsin,  İslam Partiyasının sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfərin  də  adının olması xüsusi qeyd edilməlidir. Onların hər birinin törətdiyi cinayət əməlləri qanunla  sübuta yetirilmiş hal sayılmaqla cəza tədbirləri görülsə də, indi əfv edilmələri yenə də cinayət törədənlərə qarşı dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq  lazımdır ki, məhkum olunmuş  şəxslərin əfv edilməsi  onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq həyata keçirilir. Burada məqsəd təkcə dövlətin humanizm siyasətini nümayiş etdirmək deyil, eyni zamanda məhkumların törətdikləri öz əməllərindən peşiman olaraq onu bir daha təkrar etməməsi üçün məhkumlara verilən şansın onlar tərəfindən düzgün qiymətləndirilməsidir. Azadlıq çox qiymətli nemətdir və hər hansı səbəbə yaxud hər hansı emosional davranışa görə onun qanun tərəfindən məhdudlaşdırılmasına səbəbiyyət verən hərəkətləri əsla etmək olmaz”,-deyə deputat vurğulayıb.