YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qubadlı rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş Vüqar Ağayevin ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin ailələri ilə görüşlərini davam etdirir. Bu çərçivədə növbəti görüş Vətən müharibəsində şəhid olan mayor Vüqar Ağayevin ailəsində baş tutub.

YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, Vətən müharibəsi Azərbaycanda dövlət və xalq arasında birliyin sarsılmaz olduğunu bir daha sübut etdi. Ali Baş Komandanın ətrafında birləşən xalqımız və ordumuz “Dəmir yumruq” kimi düşməni əzdi və kapitulyasiyaya vadar etdi. Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri qeyd edib ki, Vətənin ərazi bütövlüyünün təmini uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman ürəklərdə yaşayacaq.

Daha sonra şəhidin anası Xanım Ağayeva şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

DİGƏR Xəbərlər Arxiv