YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Cəlilabad rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət ediblər

YAP Cəlilabad rayon təşkilatının sədri M.Mirxaslı və təşkişatın bir qrup üzvü “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayonun Privolnoye kəndində şəhid Bağırov Elnur Zeynal oğlunun, Əkbərov İbarət Faiq oğlunun, Ağabalayev Sadiq Nadir oğlunun, Kazımabad kəndində Bədirov Murad Qismət oğlunun ailələrini ziyarət ediblər.

Təşkilat üzvləri  ziyarət zamanı ailələrə başsağlığı verib, şəhidlərə rəhmət diləyib, ailələrin qayğıları, problemləri ilə maraqlanıb və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılacağını bildiriblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.

 

 

DİGƏR Xəbərlər Arxiv