YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tokioda yaşayan həmyerlilərimiz Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçiriblər

Yaponiyada yaşayan soydaşlarımız Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Tokionun mərkəzində yerləşən “Tokyo” stansiyasının, Azərbaycanın Yaponiyadakı səfirliyinin və paytaxtın məşhur Şincuku rayonunda yerləşən “Qarabağ” restoranının qarşısında məlumatlandırma aksiyası keçiriblər.

Aksiyada Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin fəalları, Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları, Tokioda yaşayan digər həmvətənlərimiz iştirak ediblər. Aksiyada hazırda Yaponiyada yaşayan həmyerlimiz Aysu Yusifzadənin təşəbbüsü ilə Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış tibbi maskalar və faciə barədə məlumatların əks olunduğu broşürlər Tokio sakinlərinə paylanıb, faciə barədə onlara ətraflı məlumat verilib. Tibbi maskaların üzərində ingilis və yapon dillərində “Xocalıya ədalət” sözləri yazılıb, erməni silahlıları tərəfindən 1992-ci il fevralın 26-na keçən gecə törədilmiş faciə barədə daha ətraflı məlumat əldə etmək üçün QR-kod yerləşdirilib.

Qeyd edək ki, aksiya zamanı istifadə olunan materiallar “Silk Way West Airlines” şirkəti tərəfindən Tokionun “Narita” aeroportuna təmənnasız çatdırılıb.

 

DİGƏR Xəbərlər Arxiv