YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: “Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında” qanun layihəsinə vacib dəyişikliklər təklif olunur

Bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu məsələ “Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında” qanun layihəsinin 16-cı maddəsinə təklif olunur. Onun sözlərinə görə, qanun layihəsində qeyd olunur ki, bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

«Bundan başqa,  bələdiyyə qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və ya səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağan olunur. Qanun layihəsində vurğulanır ki, bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır. Artıq bu təkliflər komissiyamızda müzakirə olunub. Yəqin ki, parlamentin plenar iclasında qanun layihəsinə müsbət münasibət bildiriləcək»- deyə, komitə üzvü qeyd edib.