YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib.

Hesabat yığıncağında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin müdiri, millət vəkili Aydın Hüseynov, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli, YAP İcra Katibliyinin məsul əməkdaşı Ramil Mirzəyev, YAP Lənkəran rayon təşkilatının Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan, YAP Lənkəran rayon təşkilatının sədri Möhübbət Babayev geniş hesabat məruzəsi ilə çıxış edərək, həyata keçirilən islahatlardan, ölkəmizin koronovirusa qarşı mübarizəsindən və şanlı qələbəmizdən bəhs edib. M.Babayev qeyd edib ki, rayon təşkilatı hər il olduğu kimi çətin və mürəkkəb 2020-ci il ərzində də öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyyələrinə, eləcə də rayon təşkilatının Fəaliyyət Planlarına uyğun qurub. Rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən biri də ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarət olub.

YAP Lənkəran rayon Qadınlar Şurasının sədri Rəsilə Arif qızı ötən hesabat dövründəki fəaliyyətindən bəhs edib. Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Çıxış edən YAP İcra Katibliyinin Təşkilatlarla iş şöbəsinin müdiri Aydın Hüseynov bildirib ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun 2003-cü ildən başlayaraq cənab Prezidentimiz tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində ölkəmizin sosial-iqtisadi və mədəni həyatında dinamik inkişafa nail olunub,  bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb. Natiq, Yeni Azərbaycan Partiyası Lənkəran  rayon təşkilatının ötən dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndirərək, təşkilata fəaliyyətində uğurlar arzulayıb.

Tədbirdə həmçinin, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli çıxış edərək təşkilatın fəaliyyətini müsbət dəyərləndirib.

Sonda YAP Lənkəran rayon təşkilatının  2020-ci il ərzindəki fəaliyyəti qənaətbəxş kimi qiymətləndirilib.