YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ilk qadın balet ustası Qəmər Almaszadənin 100 illik yubileyi qeyd ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda 2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa qızı Almaszadənin anadan olmasının 100 illiyinin tamam olması diqqətə çatdırılır. Bildirilir ki, milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər xanım Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən təkrarolunmaz obrazlar yaratmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox əsərlərə yüksək məharətlə quruluş vermiş sənətkarın milli kadrların hazırlanması sahəsində fəaliyyəti də təqdirəlayiqdir.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.