YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Efkan Ala: Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir

“Azərbaycan və Türkiyənin dövlət başçıları formalışmış yeni düzəndə hansı siyasi xətt üzrə işlərin görülməsi ilə bağlı bütün dünyaya nümunələr göstərirlər”. Bu fikri AKP Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə parlamentinin üzvü Efkan Ala YAP və AKP-nin birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda deyib.

Efkan Ala bildirib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra hər iki dövlət başçısının apardığı siyasəti xüsusi vurğulamaq lazımdır. Dövlətlərimizin başçıları əldə edilən iqtisadi perspektivlərdən ölkələrimizin mənafeyi naminə maksimum yararlanmaq istiqamətində böyük işlər görürlər.

“Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi-siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da mühüm rol oynayacaq”,-deyən Afkan Ala AKP və YAP arasında əlaqələrin də əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, indiki məqamda əlaqələrimizi daha da gücləndirməliyik. Bizim birliyimiz dövlətlərimizin birliyinin daha da güclənməsinə xidmət edir.

 

DİGƏR Xəbərlər Arxiv