YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskva və Ankaranın Cənubi Qafqazda hərbi xətt üzrə qarşılıqlı fəaliyyəti Rusiya-Türkiyə Birgə Mərkəzi çərçivəsində qurulur

Cənubi Qafqazda hərbi xətt üzrə Moskva və Ankaranın qarşılıqlı fəaliyyəti atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi çərçivəsində qurulur.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində bildirib.

O deyib: “Biz bunu əsas götürürük ki, regionda hərbi xətt üzrə Ankara ilə bizim qarşılıqlı fəaliyyətimiz yanvarın 30-dan etibarən Ağdamda fəaliyyətə başlamış Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi çərçivəsində qurulur”.

Onun sözlərinə görə, Moskva həmin mərkəzin açılmasını regionda vəziyyətin normallaşdırılmasına istiqamətlənən birgə səylərin yaxşı nümunəsi hesab edir.