YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Görülən işlər təhsil sahəsinin yüksək inkişafına gətirib çıxaracaq

«Azərbaycan Respublikası günü-gündən inkişaf etməkdədir.Bu gün ölkəmiz bir sıra göstəricələrə görə öz nailiyyətləri ilə öyünə bilər. Regionun lider dövləti statusu adını qazanmaq,müstəqilliyin günü-günü gündən möhkəmlənməsi ,uğurlu daxili və xarici siyasət,ictimai-siyasi sabitlik,dövlət quruculuğu sahəsində görülən mühüm işlər, iqtisadi yüksəliş, sosial və hüquqi sahədə islahatlar, mədəniyyət və incəsənətə dövlət qayğısı-bütün bunlar Heydər Əliyev siyasətinin bəhrələridir.Ümumilli liderimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşamaqdadır». Bu fikirləri Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, hər dövr yeni çağırışlar deməkdir, qloballaşan dünyanın öz göstəriciləri, şərtləri var. Onun sözlərinə görə, qloballaşan dünyada Azərbaycan uğurla inkişaf edir, dünyaya fəal şəkildə inteqrasiya edir.

«Bu gün təhsil və elm kimi sahələrin əhəmiyyəti çox böyükdür.Ölkəmizdə bu sahədə xeyli işlər görülür,islahatlar aparılır.Cənab Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” rəhbər-prinsipi bir məqsəd kimi qarşımızda durur. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu sferada böyük layihə və proqramlar həyata keçirir.Bir sözlə təhsil sahəsi dövlətimizn diqqət mərkəzindədir. Bu yaxınlarda cənab Prezident ümumtəhsil məktəblərdə böyük bir qrup müəllimlərin məvacibinin qaldırılması haqda sərəncam verdi. Həmçinin, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oldu.Bütün bunlar təhsil sahəsinin yüksək inkişafına gətirib çıxaracaq»- deyə, deputat qeyd edib.