YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının fəalları Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər

YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova, Qadınlar şurasının sədri və təşkilatın bir qrup fəal üzvləri Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuş rayonun Alıcanlı kəndindən olan Vəlizadə Faiq Tehran oğlunun doğum günü ilə əlaqədar ailəsini və şəhidin məzarını ziyarət etmişlər. Ziyarət edənlər şəhidin məzarına gül-çiçək dəstələri düzərək ruhuna dualar oxumuşlar .

Ziyarətdə P. Mahmudova vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmış övladlarımızın dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını, onların adlarının əbədiləşdirilməsi üçün müəyyən addımların atılmasını vurğulamışdır.Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları – Şəhidlərimiz, Qazilərimiz qürur mənbəyimizdir.

Şəhidin atası Bayraməli Vəliyev böyük fəxr hissi ilə şəhidlərimizin qanını yerdə qoymadıqlarına, xalqımıza qələbə sevinci yaşatdıqlarına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna minnətdarlıq bildirib.