YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Füsunkar təbiəti və tarixi abidələri olan Qarabağ Azərbaycanın əsas turizm zonasından birinə çevriləcək

Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin.

Bu barədə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Qarabağın turizm sektorunun inkişaf etdirilməsi üçün görüləcək işlərdən danışarkən deyib.

“İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Gələcək planların böyük olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin”.

Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayan dövlətimizin başçısı bildirib ki, bu günün daha da yaxınlaşması üçün Azərbaycan dövləti əlindən gələni edəcək. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək.