YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsi ilə bağlı mobil sektorun üzərinə müəyyən vəzifələr düşür

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “TeliaSonera” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən bildirilib ki, görüşdə ölkəmizdə mobil rabitə sektorunun inkişafı, bu sahədə texniki məsələlər, “TeliaSonera” ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Şirkətin vitse-prezidenti, dövlət və ictimaiyyətlə əlaqələr üzrə qrupun rəhbəri Kell Lindstrem “TeliaSonera”nın Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, o cümlədən “3G” və “4G” yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında ətraflı məlumat verib.
Nazir Əli Abbasov mobil sektorda internet və innovasiyalara tələbatın artdığını bildirib. Qeyd olunub ki, müştərilərə rahat və effektiv ünsiyyət üçün mobil rabitə xidmətlərinin keyfiyyəti daha da artırılmalı, yeni xidmətlərin tətbiqi genişləndirilməli, həmçinin “Azercell”in təqdim etdiyi LTE texnologiyaları gələcəkdə ucqar yaşayış məntəqələrinədək çatdırılmalıdır.
“Bakı-2015” Avropa Oyunları zamanı keyfiyyətli rabitə xidmətlərinin təmin edilməsi ilə bağlı mobil sektorun üzərinə də müəyyən vəzifələrin düşdüyünü xatırladan nazir davamlı və yüksək keyfiyyətə malik şəbəkənin qurulması istiqamətində işlərin gücləndirilməsini vacib sayıb.
Görüşdə, həmçinin “Azercell Telekom” MMC-nin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün əlavə tədbirlərin görülməsi, innovativ texnologiyaların, səmərəli xidmətlərin tətbiqi və təşkili işlərinin davam etdirilməsi ilə bağlı müvafiq təkliflər verilib.