YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Hazırda regionda baş verən normallaşma prosesi Ermənistanın da xeyrinə olacaq

Qafqazda sabitlik və iqtisadi layihələrdən faydalanmaq əvəzinə Azərbaycan torpaqlarının işğalını davam etdirməyə üstünlük verən Ermənistanın və problemin siyasi həllində maraqlı olmayan dairələrin məqsədyönlü siyasəti səbəbindən Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxın davam edib.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyanın Akdeniz Universitetində Şərqi Aralıq dənizi ilə bağlı keçirilən beynəlxalq konfransda bildirib.

Nazir deyib: “Bizim Ermənistan ərazisi ilə bağlı heç bir iddiamız yoxdur. Hazırda regionda baş verən normallaşma prosesi Ermənistan və erməni xalqının da xeyrinə olacaq. Belə ki, biz ədalətli paylaşımın tərəfdarıyıq. İstər mənəvi, istərsə də hüquqi baxımdan güclüyük və bu gücümüzün önümüzdəki dövrdə hər kəsin xeyrinə istifadə edilməsinə kömək göstərəcəyik”.