YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: TANAP regionun ən mühüm enerji layihəsidir

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi regionun ən mühüm enerji layihələrindən biridir. Trend çərşənbə axşamı "Habertürk" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, Avropanın maliyyə problemləri səbəbindən "Nabukko" layihəsinin reallaşdırıla bilmədiyi halda Türkiyə və Azərbaycan TANAP layihəsini həyata keçirməyə başlayıblar.