Xəbərlər
“Ölkəmizdə tərəqqinin başlanğıcı -56”

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümü ilə bağlı “Ölkəmizdə tərəqqinin başlanğıcı -56” adlı tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, Ümummilli Liderin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatı sədrinin müavini Elməddin Əsgərxanov, Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vüsal Məmmədov, Qarabağ Regional Təhsil İdarəsi Bərdə sektorunun müdiri Qurban Məmmədov Ümummilli Lider Heydər Əliyevin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratdığını deyiblər. Natiqlər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün birinci mərhələsinin xalqın yaddaşında respublikamızda iqtisadi yüksəliş, quruculuq, abadlaşma dövrü kimi qaldığını vurğulayıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.