YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyevin hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsində Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin rəisi Ayaz Bağırov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna  xidmətlərindən  bəhs ediblər.

Vurğulanıb ki, 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxardı: “Heydər Əliyevin gəlişi ilə Azərbaycan cəmiyyət həyatının bütün sahələrində tərəqqi və inkişaf dövrünə qədəm qoydu”.